Amfibiya adam (film, 1961)

JC4X...6qYg
14 Mar 2024
29

xatırlayır.

Filmin yaranma tarixi

Filmin yaranma tarixi maraqlıdır. Recissor Vladimir Çebotaryov demək olar ki, Aleksandar Belyaevin bu fantastik əsərinə təsadüfən müraciət edib. Çebotaryov sənətdə yeni söz demək, ekrana yeni mövzu gətirmək arzusundaydı. «Lenfilm» kinostudiyasında bir neçə ssenariylə tanış oldu və onların arasında «Amfibiya adam» daha çox diqqətini cəlb etdi. Ssenari zəif yazılsa da bu, recissoru qorxutmadı, onun üzərində yenidən işləndi.
Daha bir problem filmin ruhuna uyğun aktyorların tapılması idi. Vladimir Çebotaryov gözləri dənizi xatırladan gənc aktyor axtarırdı. Aktyorun xarici görünüşü, üzünün ifadəsi, baxışı, manerası əsərin qəhrəmanına uyğun gəlməlidi. Ən başlıcası isə taleyin hökmündən suda-quruda həyat sürməyə, sonda isə yalnız okeanda yaşamağa məhkum olmuş bir gəncin ürək çırpıntılarını, məhəbbətini, həyat eşqini tamaşaçıya çatdırmaq idi. Bu isə aktyordan böyük bacarıq, ustalıq tələb edirdi. Real qəhrəmanlardan fərqli olaraq, fantastik qəhrəmanları tamaşaçıya sevdirmək bir o qədər də asan deyil.

Çebotaryov bunu yaxşı bilirdi və rolda gözlərində dəniz maviliyi, dəniz dərinliyi olan bir gənc görürdü. Uzun axtarışdan sonra o, teatr institutunun birinci kurs tələbəsi Vladimir Korenevin üzərində dayandı. Çəkilişə başlamazdan əvvəl, altı ay müddətində Vladimir və on altı yaşlı Anastasiya dalğıclıq bacarığına yiyələnmək üçün ciddi məşq keçməli oldular və məhz onların səyi sayəsində epizodların çoxu dublyorsuz çəkildi. On-iyirmi metr dərinlikdə çəkiliş aparmağın çətinliyini və təhlükəli olmağını hamıbilirdi. Sualtı çəkilişlər zamanı Vladimir Korenevin həyatının təhlükədə qalan anları da olmuşdu.
Filmdə yadda qalan surətlərdən biri də bədxah, xəbis Zurita obrazıdır. İstedadlı aktyor Mixail Kazakov bu rolu özünə məxsus bir ustalıqla oynayıb.

Filmin uğurları

1962-ci ildə İtaliyanın Triest şəhərində keçirilən fantastik filmlər beynəlxalq kino festivalında "Gümüş yelkən" mükafatına layiq görüləndən sonra tənqidçilərin əsərə münasibəti dəyişdi. Tənqid, tənqidçi fikri öz yerində, əsl sözü onlardan öncə tamaşaçılar demişdilər. Film sözün əsl mənasında ölkənin kino dünyasında bir partlayış idi. Və təsadüfi deyil ki, bu ekran əsərindən sonra Belyayevin yaradıcılığına, o cümlədən fantastik janrdakı əsərlərə maraq xeyli artdı.

Filmin musiqisi haqqında

Musiqi filmin ideya və məzmununa tam javab verir desək, yanılmarıq. Kinoda musiqi ikinji dərəjəli iş sayıla bilməz. Təsadüfi deyil ki, «Amfibiya adam» ekranlara çıxandan sonra onun musiqisi dillərdən düşmürdü. Filmdəki mahnını konsertlərdə, stadionlarda, restoranlarda sevə-sevə oxuyurdular. Rejissor Vladimir Çebotaryov müsahibələrindən birində deyir ki, musiqini sifariş verəndə biz Bakıda çəkilişdəydik. Lent yazısını göndərdilər, dinlədim, doğrusu, ürəymə yatmadı, mən istədiyim romantika yox idi, filmin tələblərinə cavab verəcək stildə, müasir ruhda yazılmamışdı. «Lenfilm»dəki etirazlara baxmayaraq mən yeni bəstəkar axtarmalı oldum. Leninqraddan tanıdığım Andrey Petrovu Bakıya dəvət elədim. Çəkilmiş materiallarını göstərdim. O, filmin ruhunu tutdu. Leninqrada qayıdandan on gün sonra filmin musiqisini yazdı.

Write & Read to Earn with BULB

Learn More

Enjoy this blog? Subscribe to rashadat

1 Comment

B
No comments yet.
Most relevant comments are displayed, so some may have been filtered out.